“Həyatının memarı-Sən özünsən” layihəsi çərçivəsində maarifləndirici görüşlər keçirilib

15 mart 2024 16:21

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Yasamal rayonunda yerləşən 336 və 52 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirilib.
Görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova narkotik vasitələrin və psixotrop maddələrin insan psixologiyasına təsiri mövzularında, eyni zamanda keçirilən kompleks tədbirlər haqqında çıxış ediblər.
Çıxışlar zamanı yeniyetmə və gənclərin elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra video-çarx nümayiş etdirilib və cap vəsaitləri paylanılıb.