“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib

27 fevral 2026 17:18

Paylaş:

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə həmçinin, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Sabunçu rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə “Həyatının memarı- Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüş   keçirilib.

Gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən tədbirdə məktəbin psixoloqu, müəllim heyəti və şagirdləri iştirak edib.

Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək, sağlam həyat tərzinin insanın fiziki və psixoloji inkişafına müsbət təsirindən, balanslı qidalanmadan, stressin idarə olunmasından danışıb, yeniyetmələrin zərərli vərdişlərə meyilliliyinin qarşısının alınmasının vacibliyini qeyd ediblər.

Müzakirə formatında davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.Sonda mövzu ilə bağlı maarifləndirici kitabçalar paylanılıb.