“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib
Paylaş:
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Sabunçu rayonunda yerləşən Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçirilib.
Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova, məktəbin direktoru Günel İbrahimova narkotik vasitələrin və psixotrop maddələrin insan psixologiyasına təsiri mövzusunda, eyni zamanda keçirilən kompleks tədbirlər haqqında çıxış ediblər.
Çıxışlar zamanı yeniyetmə və gənclərin elmə, idmana marağının artırılması, asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edilib.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra cap vəsaitləri paylanılıb.