“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində dəyirmi masa keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Həyatının memarı- Sən özünsən” adlı layihə çərçivəsində dəyirmi masa keçirilib.
Gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən tədbirdə Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu, müəllim heyəti və tələbələri iştirakı edib.
Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək, sağlam həyat tərzinin insanın fiziki və psixoloji inkişafına müsbət təsirindən danışıb, gənclərin zərərli vərdişlərə meyilliliyinin qarşısının alınmasının vacibliyini qeyd ediblər.
Müzakirə formatında davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, balanslı qidalanma, gündəlik fiziki aktivliyin artırılması, stressin idarə olunması və zərərli vərdişlərin fəsadları barədə geniş fikir mübadiləsi aparılıb,təklif və tövsiyələr dinlənilib.
Tədbirin sonunda mövzuyla bağlı maarifləndirici kitabçalar mərkəzin kitabxanasına təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi