“Həyatdan şəklə” adlı fotomüsabiqənin qalibləri müəyyən olunub
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin cari ilin fevralın 27-də “Ailəm” layihəsi çərçivəsində start verdiyi “Həyatdan şəklə” fotomüsabiqəsi mayın 10-u yekunlaşıb və qaliblər müəyyən edilib.
Məlumat üçün qeyd edək ki, müsabiqəyə 100 iştirakçı tərəfindən 400-ə yaxın fotoşəkil təqdim olunub, onlardan yalnız 69 iştirakçının fotoşəkli müəyyən edilmiş kriteriyalara cavab verib.
2 ay ərzində müsabiqəyə təqdim edilən ailə dəyərləri, adət-ənənələr və vətənpərvərlik mövzusunda fotoşəkillər Dövlət Komitəsinin “Facebook” səhifəsində yerləşdirilib və izləyicilər tərəfindən ən çox bəyənmə alan ilk 3 fotoşəkil qalib olaraq seçilib. Müsabiqənin qalibləri, birinci yer üzrə Ruslan Cəfərov, ikinci yer üzrə Gülcan Qədirli və üçüncü yer üzrə Güllər Ömərova seçilib.
Qaliblər 14 may 2024-cü il tarixdə keçirilən “Ailə festivalı”nda mükafatlandırılıb.