“Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda təlimlər yekunlaşıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda təlimlər yekunlaşıb.
Təlimlərin keçirilməsində məqsəd gender məsələləri üzrə məsul şəxslərin işinin təkmilləşdirilməsi, onlar arasında səmərəli şəbəkələşməsinin təmin edilməsi, gender bərabərliyi sahəsindəki qanunvericiliklə bağlı səlahiyyətlərini və vəzifələrini aydın şəkildə müəyyən edilməsindən ibarətdir.
Ekspert Abil Bayramov tərəfindən aparılan təlim proqramı çərçivəsində iştirakçılara gender məsələləri üzrə məsul şəxslərin funksiya və vəzifələri, institusional mexanizmlər, eləcə də qurumlararası koordinasiyanın gücləndirilməsi istiqamətində praktik bilik və bacarıqlar təqdim olunub.
Qeyd edək ki, “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın 8.1.3-cü bəndinin icrası məqsədilə keçirilən növbəti təlimlərdə yerli icra hakimiyyəti orqanlarının, bankların və özəl şirkətlərin gender məsələləri üzrə məsul şəxsləri iştirak edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi