“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində regionlarda tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Qəbələ, İsmayıllı, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən regionlarda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində maarifləndirici görüşlər keçirilib.
Rayon, kənd və qəsəbələrdə keçirilən tədbirlərdə Dəstək Mərkəzlərinin, rayon İcra hakimiyyətlərinin, rayon polis şöbələrinin əməkdaşları, din xadimləri, müəllimlər, tibb işçiləri, valideynlər, yuxarı sinif şagirdləri və icma sakinləri iştirak ediblər.
Çıxış edənlər hər il “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” Kampaniyası çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, erkən və qohum evliliyinin mənfi nəticələri, bu istiqamətdə qanunvericiliyə edilmiş dəyişikliklər, müəyyən edilmiş məsuliyyət növləri barədə ətraflı məlumat veriblər.
Silsilə tədbirlərdə mövzuya dair sosial çarx nümayiş etdirilib, maarifləndirci çap vəsaitləri paylanılıb. Görüşlər çərçivəsində iştirakçıların sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi