“Gender bərabərliyi:əsas anlayışlar, mahiyyəti və əsas istiqamətləri” və “Azərbaycanda gender siyasəti: reallıq və perspektivlər” mövzularında təlimlər

Paylaş:
28 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Gender bərabərliyi:əsas anlayışlar, mahiyyəti və əsas istiqamətləri” və “Azərbaycanda gender siyasəti: reallıq və perspektivlər” mövzularında təlimlər keçirilib.
Təlimlərdə gender bərabərliyi və qadın hüquqları istiqamətində həyata keçirilən tədbirlər, dövlət qadın siyasəti, əsas qanunvericilik bazası, gender stereotipləri, müvafiq sahə ilə bağlı tendensiyalar üzrə Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və aparıcı məsləhətçi Xumar İlqar qızı təqdimatlar üzrə çıxış ediblər.
Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri iştirak edib.