Gender bərabərliyi mədəniyyətinin təbliği məqsədilə təlim keçirilib

20 sentyabr 2024 12:20

Paylaş:

20 sentyabr 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə nazirliyin əməkdaşları üçün gender bərabərliyi sahəsində məlumatlılığının artırılması məqsədilə “Gender bərabərliyi mədəniyyətinin təbliği” mövzusunda təlim keçirilib.  

Nazirliyin gender məsələləri üzrə məsul şəxsi, Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova təlimi giriş sözü ilə açıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva və böyük məsləhətçisi Sevinc Məmmədova iştirakçılara mövzu haqqında məlumat verib. Gender bərabərliyi anlayışı, gender bərabərliyinə maneə olan amillər, bu sahədə dövlət siyasəti, gender məsul şəxslərin vəzifələri və iş yerində seksual qısnama, iqlim dəyişikliyinin qadınlara təsiri haqqında danışılıb.  İştirakçıları maraqlandıran suallar cavablandırılıb.