“Gender bərabərliyi ana bətnindən başlayır! Gender əsaslı uşaq seçiminə YOX deyək!” şuarı altında gənclərlə növbəti görüşlər keçirilib
Paylaş:
Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 23-24 Aprel 2026-cı il tarixlərində növbəti görüşlər keçirilib.
Görüşlərdə Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri iştirak edib.
Dövlət Komitəsinin Ailəməsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva öz çıxışında doğulanadək cins seçiminin uşaqlar arasında cins nisbətinin pozulmasına gətirib çıxardığını vurğulayıb, ölkədə gender balansının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Səhiyyə Nazirliyinin İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova isə ailə planlaşdırılmasının düzgün qurulması, ana və uşaq sağlamlığının qorunması, eləcə də hamiləliyin süni şəkildə sonlandırılmasının yaratdığı risklər barədə danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı İSİM tərəfindən hazırlanan məlumatlandırıcı vəsaitlər təqdim edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi