Gənclərin məşğulluq imkanları mövzusunda təlim keçirildi

4 mart 2025 12:25

Paylaş:

4 mart 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov tələbələri salamlayaraq, görüşün əhəmiyyətindən danışıb.

Daha sonra Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov  iş axtarışının düzgün aparılması, o cümlədən işaxtaran və işsiz şəxslərin, gənc ailələrin sosial müdafiəsi məqsədilə “İşə düzəlməkdə çətinlik çəkən şəxslər üçün faydalı məsləhətlər” adlı təqdimatla çıxış edib.

Görüş zamanı “Ailəm könüllüləri” proqramının iştirakçısı Gülgün Şəfiyeva “Linkedİn nədir və ondan düzgün istifadə etmə qaydaları” adlı təqdimat ilə çıxış edərək internet platformasının karyera inkişafında rolu və faydaları barədə məlumat verib.

Yekunda mövzu ətrafında müzakirələr aparılıb.