Erkən uşaqlıq dövründə uşağa qayğı ilə bağlı valideynlərlə görüş keçirilib

11 oktyabr 2024 14:52

Paylaş:

Lənkəran rayonunda erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində valideynlər (atalar) üçün növbəti görüş təşkil olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov və klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov uşaqların mədəni-estetik tərbiyəsi, onların inkişaf hüququnun təmin edilməsi, ailələrdə müsbət psixoloji iqlimin qorunub saxlanılması, valideyn məsuliyyətinin artırılması, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi mövzularında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. 

Tədbirin sonunda Komitə tərəfindən hazırlanmış və ailə dəyərlərinə həsr olunmuş sosial çarx nümayiş olunub, iştirakçılara nəşrlər paylanılıb.