“Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici görüşlər keçirilib

15 mart 2024 16:24

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Suraxanı rayonunda yerləşən 290 nömrəli və 118 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib.
Görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Səmra Əliyeva təqdimatla çıxış edərək, erkən nikah və qohum nikahlarının fəsadları, ölkəmizdə bu istiqamətdə görülən işlər, mövcud qanunvericilik aktları barədə məktəblilərə məlumat verib. Bildirilib ki, yeniyetmələrin, gənclərin özlərinin də aktiv olmaları və cəmiyyətdə mövcud olan problemlərin həllinə biganə yanaşmamaları olduqca vacibdir.
Çıxış edən 290 nömrəli tam orta məktəbin direktoru Yeganə Abdullayeva və 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev mövzunun əhəmiyyətini vurğulayaraq, maarifləndirici görüşlərin gənc nəslin yetişməsində önəmini qeyd ediblər.
Müzakirə formatında keçirilən görüşlərdə məktəblilər mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
Sonda məktəblilərə videoroliklər nümayiş etdirilib.
“Ailəm” könüllülərinin də iştirak etdiyi görüşlərdə, ümumilikdə 201 nəfər məlumatlandırılıb.