Erkən nikah və qohumlar arasında nikahlarla mübarizə mövzusunda təlimlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması”mövzusunda yekun təlimlər Cəlilabad və Xaçmaz rayonlarında baş tutub.
Təlimin keçirilməsində məqsəd reproduktiv sağlamlığın qorunması, erkən və qohumlar arasında nikahın yaratdığı fəsadlar və qızların təhsildən yayınmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsidir.
Tibb və hüquq sahəsində peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlərdə müvafiq sahədə mövcud yerli və beynəlxalq qanunvericiliklə yanaşı, Komitə və İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə həyata keçirilən layihələr barədə məlumat verilib.
Sonda mövzu ətrafında müzakirə aparılıb.