“Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda təlimlər keçirilmişdir.

12 iyun 2024 11:37

Paylaş:

20 may-11 iyun 2024-cü il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  Bakı və Sumqayıt şəhəri, Xəzər, Masallı, Bərdə, Füzuli, Sabirabad, Göyçay, Neftçala, Biləsuvar, Qusar, Tərtər, Ağcabədi, Tovuz, Zaqatala rayonu Qadın Resurs Mərkəzlərində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasi ilə bağlı təlimlər keçirilib.

Tibb və hüquq sahəsində peşəkar mütəxəsislər tərəfindən reproduktiv sağlamlığın qorunması, qızların təhsildən yayınması hallarının qarşısının alınması, erkən nikah  və qohumlar arasındakı nikahların yaratdığı fəsadlar haqqında əhalinin maarifləndirilməsi məqsədi ilə keçirilən təlimlərdə 560 nəfər iştirak edib.