Erkən nikah və qohum evlilikləri ilə mübarizə mövzusunda növbəti təlimlərə start verilib

27 may 2024 14:37

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 20-25 may 2024-cü il tarixlərində Masallı, Bərdə, Füzuli, Göyçay və Sabirabad Qadın Resurs Mərkəzlərində  “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda təlimlər keçirilib.

Təlimlər “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.10-cu bəndinin icrasi istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə keçirilib. Tibb və hüquq sahəsində peşəkar mütəxəssislər tərəfindən aparılan təlimlərdə reproduktiv sağlamlığın qorunması, erkən nikah, eləcə də qohumlar arasında nikahın fəsadları barədə məlumat verilib, qızların təhsildən yayınması hallarının qarşısının alınması ilə bağlı müzakirə edilib.

Qeyd edək ki, təlimlər 2024-cü il may-iyul ayları ərzində Qadın Resurs Mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda - Sumqayıt, Bakının Xəzər rayonu, Qusar, Xaçmaz, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Tərtər, Ağcabədi, Tovuz və Zaqatalada da keçiriləcək.