Ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə müsabiqə elan edilir

28 iyun 2024 14:47

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçiriləcək müsabiqəyə sənəd qəbulu elan edir.  Müsabiqədə iştirak etmək istəyən ekspert təşkilatları tələb olunan sənədləri 28.08.2024-cü il tarixinə qədər Dövlət Komitəsinə təqdim etməlidirlər.

Ətraflı məlumat üçün keçidlər:

1) Müsabiqə haqqında 

2) Müsabiqə proqramı

3) 1 nömrəli əlavə- İxtisas attestatının verilməsinə dair ərizə forması

4) “Uşaqların zərərli informasiyadan qorunması haqqında Qanunvericilik”