Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə regionlarda tədbirlər keçirilib

30 dekabr 2025 12:56

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, İsmayıllı, Qəbələ, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Rayon İcra Hakimiyyətləri və sosial tərəfdaşların dəstəyi ilə mərkəzlərdə, təhsil müəssisələrində musiqili-əyləncəli, uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirən tədbirlər keçirilib, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olan, o cümlədən mərkəzlərin benefisiarı olan ailələrə səfərlər edilib, ailələrin qayğıları ilə maraqlanılıb.

Tədbirlərdə uşaqlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edilib, onlar üçün bədii, musiqili-əyləncəli proqramlar təşkil edilib, bayram hədiyyələri təqdim edilib.