Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib
Paylaş:
27 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Zeynal Cabbarov tərəfindən etik dilemmaların qanunvericilik çərçivəsində həlli yolları, korrupsiya ilə mübarizə sahəsində əsas anlayışlar, hüquqi çərçivə və dövlət qulluqçularının davranış standartları barədə ətraflı məlumat verilib.
Təlim interaktiv müzakirələrlə davam edib.Sonda iştirakçıların sualları cavablandırılıb və real iş prosesində rast gəlinə biləcək kazus tipli nümunələr təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi