Dövlət Komitəsinin təşkilatçılığı ilə eşitmə və nitq məhdudiyyətli şəxslər üçün təlim keçirilib

3 dekabr 2024 17:41

Paylaş:

3 dekabr 2024-cü il tarixində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika  xüsusi internat məktəbində“Eşitmə və nitq məhdudiyyətli şəxslər arasında məişət zorakılığına dair maarifləndirmə” mövzusunda keçirilən təliminməqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin məişət zorakılığı və onun qarşısının alınması sahəsində məlumatlandırılmasıdır.

Daha sonra çıxış edən Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrə toxunaraq, eşitmə və nitq məhdudiyyətli şəxslərin hüquqlarının müdafiəsi haqqında məlumat verib.

Təlimdə “Məişət zorakılığı qurbanlarının hüquqları” jest dilində video, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu və məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsi”, “Məişət zorakılığına məruz qalmış əlillərə psixoloji yanaşma” mövzusunda təqdimat edilib.

Sonda eşitmə və nitq məhdudiyyətli şəxslər üçün jest dilinə tərcümə edilmiş “Məişət zorakılığı qurbanlarının hüquqları” adlı bukletlər paylanıb.

Təlim sual-cavab sessiyası ilə davam edib.