Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

9 aprel 2024 14:54

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 19 aprel 2024-cü il tarixində, saat 11:00-da, Qazax rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Qəbulda Qazax, Ağstafa və Tovuz rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.