Dövlət Komitəsinin sədri Bahar Muradova Səudiyyə Ərəbistanının Ailə Məsələləri Şurasının baş katibi Maimoonah Al Khalil ilə görüşüb

25 iyun 2024 16:06

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Səudiyyə Ərəbistanının Ailə Məsələləri Şurasının baş katibi Maimoonah Al Khalil ilə görüşüb.

Görüş zamanı Qoşulmama hərəkatı çərçivəsində iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş Mərakeş Krallığının paytaxtı Rabat şəhərində keçirilən “Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusunda I Beynəlxalq Konfrans çərçivəsində baş tutub.