Dövlət Komitəsinin sədri Bahar Muradova Cenevrədə səfərdədir
Paylaş:
Azərbaycanın müvafiq dövlət qurumları nümayəndələrinin təmsil olunduğu nüməyəndə heyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Cenevrədə keçirilən “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” məqsədilə görüşdə iştirak edir.
Görüşün təşkilatçıları Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisidir (UN Women Europe and Central Asia).
Qeyd edək ki, görüşdən öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan), UN Women və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Ofislərinin (Food and Agriculture Organization of the United Nations (FAO)) birgə təşkilatçılığı ilə yan tədbir təşkil edilib.