Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Özbəkistanda keçirilən yüksək səviyyəli görüşdə iştirak edib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Özbəkistanda keçirilən “Mərkəzi Asiyada bütün qadın və qızların ədliyyəyə çıxışı:BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının (QVK) 70-ci iclası ərəfəsində hüquqi çərçivənin və institusional cavabların gücləndirilməsi” mövzusunda yüksək səviyyəli görüşdə iştirak edib.
Tədbir çərçivəsində S.Qəhrəmanova “Ədalətə qarşı struktur maneələr: İqtisadi, Siyasi, Sosial və Mədəni Ölçülər. Boşluqları aradan qaldırmağın yolları” adlı paneldə çıxış edərək, Azərbaycanda gender bərabərliyinin təmin olunması, qadınların ictimai həyatın bütün sahələrində rolunun artırılması, məişət zorakılığının qarşısının alınması sahəsində görülmüş işlər, eyni zamanda bu istiqamətdə həyata keçirilmiş hüquqi islahatlar barədə məlumat verib.
Görüşdə, eyni zamanda Komitənin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri Vəfa Ələkbərova, Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva iştirak edib.
Qeyd edək ki, Özbəkistanın Ailə və Qadınlar Komitəsi və BMT-nin Qadınların Səlahiyyətləndirilməsi üzrə Qurumunun birgə əməkdaşlığı ilə keçirilən tədbirin əsas məqsədi Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan nümayəndələr arasında platforma yaratmaqdır.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi