Dövlət Komitəsinin nümayəndələri Çubuk Ailə Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olublar

25 noyabr 2025 17:20

Paylaş:

Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 25 noyabr 2025-ci il tarixində Çubuk Ailə Dəstək Mərkəzini ziyarət ediblər. Nümayəndələr Mərkəzin fəaliyyəti, göstərilən xidmətlər və həyata keçirilən sosial dəstək proqramları barədə ətraflı məlumat əldə ediblər.

Mərkəz əməkdaşları 2019-cu ildən fəaliyyət göstərən Çubuk Ailə Dəstək Mərkəzinin azgəlirli və sosial həssas kateqoriyaya aid qadınların inkişafına yönəlmiş geniş proqramlar həyata keçirdiyini qeyd ediblər. Həmçinin həssas kateqoriyadan olan qadınların burada müxtəlif sənətkarlıq və əl işləri üzrə peşə hazırlığı kurslarında iştirak etdiyi, sosial maarifləndirmə məqsədilə təşkil olunan ödənişsiz təlimlərə cəlb olunduqları bildirilib.