Dövlət Komitəsinin kollektivi və bir qrup ictimai fəal qadın Fəxri Xiyabanı ziyarət edib

6 mart 2025 12:14

Paylaş:

Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanmasının 25-ci ildönümü və 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup ictimai fəal qadın Fəxri Xiyabanı ziyarət edib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə dərin ehtiram ifadə olunub, məzarı önünə gül dəstələri düzülüb.