Dövlət Komitəsinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər Parkını ziyarət ediblər
Paylaş:
27 Sentyabr – Anım Günündə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər Parkını ziyarət ediblər.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda şəhid olan Vətən övladları ehtiramla yad edilib. Qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olan xatirə daşının önünə gül dəstələri düzülüb.