Dövlət Komitəsinin Həmkarlar ittifaqı Təşkilatının Hesabat-seçki yığıncağı keçirilib

4 may 2024 10:04

Paylaş:

3 may 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar ittifaqı Təşkilatının Hesabat-seçki yığıncağı keçirilib.

İclasdan öncə Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

Yığıncaqda Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Respublika Həmkarlar İttifaqı Komitəsinin Təşkilat işi və hüquq şöbəsinin baş məsləhətçisi Rəhilə Babayeva da iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinin 01.01.2020-ci ildən 01.01.2024-cü ilədək görülmüş işləri barədə komitənin sədri Elmira Qurbanlının və hesabat dövrün maliyyə fəaliyyətinin yoxlanılmasına dair Təftiş komissiyasının sədri Elşad Kərimovun məruzələri dinlənilib.

Təqdim olunmuş hesabatların ətrafında keçirilmiş müzakirələrin nəticəsi olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar ittifaqı komitəsinin 01.01.2020-ci ildən 01.01.2024-cü ilədək dövr üçün fəaliyyəti qənaətbəxş hesab edilib və bununla bağlı Qərar qəbul edilib.

Yığıncaqda həmçinin təşkilati məsələlərə də baxılıb.

Həmkarlar ittifaqı təşkilatının komitəsinə 7 nəfər və Təftiş komissiyasına 3 nəfər üzv seçilib.

Elmira Qurbanlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Təşkilatının ictimai əsaslarla sədri vəzifəsinə yekdiliklə seçilib.