Dövlət Komitəsinin əməkdaşları üçün “Dövlət qulluğunda etika” mövzusunda təlim keçirilib

29 noyabr 2024 14:19

Paylaş:

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planına əsasən keçirilən təlimdə Dövlət Komitəsinin əməkdaşı Roza Şamıyeva tərəfindən dövlət qulluqçularının qarşılaşa biləcəkləri etik dilemmaların etik prinsip və dəyərlərlə bağlı qanunvericilik çərçivəsində həlli yolları, daxili intizam qaydaları, əmək intizamı və digər məsələlər barədə ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.