Dövlət Komitəsinin Apellyasiya Şurasının iclası keçirilib
Paylaş:
Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Hüseyn Elşən oğlu Nuri tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticəsindən verilən şikayətə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb.
Şura üzvləri tərəfindən müsahibə materialları araşdırılaraq iclasın yekununda H.Nurinin şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi