Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva İKSAD sədri Mustafa Latif Emeklə görüşüb
Paylaş:
3 oktyabr 2024-cü il tarixdə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Türkiyə Daxili İşlər və Mədəniyyət Nazirliklərinə tabe olan İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) sədri Mustafa Latif Emeklə görüşüb.
Qonaqları salamlayan Ceyran Rəhmətullayeva, görüş təşəbbüsünə görə təşəkkürünü bildirib.
Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən bəhs edən aparat rəhbəri qeyd edib ki, Komitə ailə, qadın və uşaq məsələləri üzrə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.
Türkiyənin İstanbul şəhərində “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na diqqət çəkən Komitə rəsmisi, iki qurum arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın olduğunu vurğulayıb.
Aparat rəhbəri Dövlət Komitəsinin müvafiq sahələr üzrə birgə layihələrin, tədbirlərin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun sədri Mustafa Latif Emek təşkilatın həyata keçirdiyi mühüm layihələrdən danışıb. İnstitutun nəzdində ailə, uşaq və gənclər araşdırmalar mərkəzinin fəaliyyət göstərdiyini bildirən Mustafa Latif Emek, mərkəz tərəfindən reallaşdırılan çoxsaylı elmi layihələri vurğulayıb.
Tanışlıq və əməkdaşlıq məqsədilə keçirilən görüş zamanı birgə fəaliyyət imkanları müzakirə edilib.