Dövlət Komitəsində təcrübə keçən tələbələr üçün təlimlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müvafiq struktur bölmələrinin əməkdaşları Rafiq Mahmudov, Həsən Əliyev və Aysel Babayeva tərəfindən Komitədə təcrübə keçən tələbələr üçün təlimlər keçirilib. Təlimlər “İnsan alveri və məcburi əməyə YOX deyək!”, “Gənclərin inkişafında dövlətin rolu” “Dövlət qurumlarının fəaliyyətində ictimaiyyətlə əlaqələrin əhəmiyyəti” mövzularını əhatə edib. Qeyd edilən mövzular üzrə iştirakçılara ətraflı məlumat verilib, sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlərdə Komitənin "Ailəm" könüllüləri də iştirak edib.