Dövlət Komitəsi yanında İctimai şuranın fəaliyyət müddəti başa çatmış üzvləri ilə görüş keçirilib
Paylaş:
Qonaqları salamlayan Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İctimai şuranın ötən dövr ərzindəki fəaliyyətini müsbət qiymətləndirərək, faydalı əməkdaşlığın davamlı olacağını qeyd edib. S.Qəhrəmanova Komitənin öz fəaliyyətində vətəndaş maraqlarını, o cümlədən ictimai rəyin öyrənilməsi sahəsində şəffaflığın təmin edilməsinə bu əməkdaşlığın töhfə verəcəyinə inandığını bildirərək, onlara gələcək işlərində uğurlar arzu edib.
Daha sonra İctimai şuranın sədr müavini Aynur Zülfüqarova təqdimatla çıxış edərək, Şura tərəfindən görülmüş işləri diqqətə çatdırıb.