Dövlət Komitəsi vakansiya elan edir
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Qəbələ və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir.
1) Baş mühasib-Qəbələ UADM
2) Psixoloq-Goranboy UADM
3) Sosial iş üzrə mütəxəssis (2 ştat)-Goranboy UADM
Vəzifə barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz.
Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 18 sentyabr – 18 oktyabr 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək.
Qeyd: Baş mühasib vəzifəsinə namizədlər müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdır.
Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru
şəh. (+99412) 493-79-62
mob. (+99451) 230-54-87