“Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda görüş keçirilib

25 oktyabr 2024 16:13

Paylaş:

Bölgələrdə əhali arasında keçirilən maarifləndirici görüşlərin davamı olaraq 24 oktyabr 2024-cü il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 1 nömrəli orta məktəbdə qadın və qızlar üçün “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda görüş keçirilib.

Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək, uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni şəkildə pozulması hallarının doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulmasına yol açdığını vurğulayıb.

Sonra ekspert qismində çıxış edən Səhiyyə Nazirliyinin İSİM-in həkim-metodisti Zümrüd Kazımova hamiləliyin süni yol ilə pozulmasının fəsadlarından danışıb, tədbir iştirakçılarına ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunmasına dair tövsiyələrini verib.

Görüşdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təkilatçısı Qədir Bağırov iştirak edib. Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Görüşdən 117 nəfər iştirakçı faydalanıb.