COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu BMT-nin Cenevrədə keçirilən tədbirində çıxış edib
Paylaş:
COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova oktyabrın 22-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə Cenevrədə keçirilən “Pekin+30” Regional Baxış Görüşü çərçivəsində təşkil olunan “Gender fərqinin aradan qaldırılması: Avropa İqtisadi Əməkdaşlıq (ECE) regionunda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün effektiv siyasətlər” mövzusunda sessiyada çıxış edib.
L.Həsənova çıxışında iqlim dəyişikliyinin mövcud gender bərabərsizliyini daha da dərinləşdirdiyini, xüsusilə qadınların və qızların fəaliyyətini, sağlamlığını və təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.