Çində Şanxay Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

11 sentyabr 2024 11:31

Paylaş:

Çinin Şandon əyalətinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Rəqəmsallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanlarının artırılması" mövzusunda Qadınlar Forumu öz işinə başlayıb.

ŞƏT-in, Ümumçin Qadınlar Federasiyasının və Şandon əyaləti hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Forumda Şanxay Əməkdaşlıq Təşkilatının üzvü, müşahidəçisi və dialoq tərəfdaşı olan ölkələrin nümayəndələri, ümumilikdə 26 ölkənin təmsilçiləri, o cümlədən rəhbər şəxslər iştirak edirlər. Nüfuzlu tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.