“Çətin həyat şəraitində, eyni zamanda məişət zorakılığı baş vermiş ailələrdə olan uşaqların hüquqlarının müdafiəsi” mövzusunda onlayn formada görüş keçirilib

24 iyul 2024 10:51

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuş görüşün məqsədi çətin həyat şəraitində olan, eyni zamanda məişət zorakılığı baş vermiş ailələrdə olan uşaqların hüquqlarının müdafiəsi, valideynləri barəsində hüquqi qiymətin verilməsi, uşaqların müəssisələrə yerləşdirilməsi, onların qanunvericilikdə nəzərdə tutulmuş yardım və xidmətlərlə təmin edilməsi, bu sahədə qurumlararası işin  icra mexanizminin təkmilləşdirilməsidir.

Görüşdə Səhiyyə Nazirliyininin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları və Şəhər/Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə  komissiyalarının sədrləri iştirak edib.