“Çempion ailələr” layihəsi uğurla başa çatıb

15 iyul 2024 14:52

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə, yerli icra hakimiyyətlərinin dəstəyi ilə bölgələrdə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində 27 iyun tarixində Qəbələ, 2 iyul tarixində Zərdab, 5 iyul tarixində Goranboy, 9 iyul tarixində Göygöl və 12 iyul tarixində Ağdam rayonlarında ailələrlə həvəskar idman yarışları keçirilib. Tədbirlərdə Dövlət Komitəsinin Qəbələ, Zərdab, Goranboy, Göygöl və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin və yerli icra hakimiyyətlərinin əməkdaşları, “Regional İnkişaf” İctimai Birliyinin və Birliyin regional bölmələrinin nümayəndələri iştirak ediblər.

Növbəti 5 rayonda keçirilən tədbirlərdə 61 ailə iştirak edib. Hər bölgədə ailələrin iştirakı ilə şahmat və dama, ip dartma, kisədə yaxın məsafəyə qaçış, futbol və s. idman yarışları, ikinci hissədə isə intellektual müsabiqə keçirilib. Sonda ilk 3 yer üzrə qalib olan ailələrə və digər bütün iştirakçı ailələrə diplom və hədiyyələr, ailə məsələləri ilə bağlı şüarlar yazılmış eco qolbaqlar təqdim olunub.