“Çempion ailələr” layihəsi çərçivəsində regionlarda intellektual yarışların keçirilməsi davam edir

22 iyun 2026 09:23

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ikinci dəfədir həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində növbəti yarışlar 17, 18, 19  iyun 2026-cı il tarixlərində Yevlax şəhərində, Samux və Gədəbəy rayonlarında keçirilib.
Təşkil edilən yarışlarda ümumilikdə 30 ailə iştirak edib. Sonda, yarış iştirakçılarına sertifikatlar təqdim olunub. Yevlax şəhərində İsmayılzadələr ailəsi, Samux rayonunda Namazovlar ailəsi, Gədəbəy rayonunda isə Əsgərovlar ailəsi qalib kimi diplom və hədiyyələrlə mükafatlandırılıb.
Layihənin əsas məqsədi ailə dəyərlərinin və milli ənənələrin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili, eləcə də ailə üzvləri arasında əməkdaşlıq və ünsiyyətin gücləndirilməsidir.