“Çempion ailələr” layihəsi bölgələrdə uğurla davam etdirilir

27 iyun 2024 12:13

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf”İctimai Birliyinin birgə təşkilatçılığı ilə bölgələrdə həyata keçirilən “Çempion ailələr”layihəsi çərçivəsində Saatlı, Hacıqabul, Zaqatala və İsmayıllı rayonlarında ailələrləidman yarışları keçirilib.

Əhali arasında sağlam həyat tərzinin geniş təbliği, ailələrdə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması və asudə vaxtın səmərəli təşkili istiqamətində yerli icra hakimiyyətlərinin dəstəyi ilə keçirilən tədbirlərdə ümumilikdə 47 ailə iştirak edib. 

Layihə çərçivəsində ailələrin iştirakı ilə şahmat və dama, ip dartma, futbol idman yarışları və intellektual müsabiqələr keçirilib.Tədbirlərin sonunda ilk 3 yerin qalibləri olan ailələrlə yanaşı, iştirakçı ailələrə də diplom və hədiyyələr təqdim olunub. Qeyd edək ki,layihə çərçivəsində növbəti tədbirlər Qəbələ, Zərdab, Goranboy, Göygöl və Ağdam rayonlarında keçiriləcəkdir.