“Çempion ailələr” layihəsi bölgələrdə uğurla davam edir
Paylaş:
19-21 may tarixlərində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bölgələrdə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində Qusar rayonunda və Şirvan şəhərində ailələr arasında “Fibonaççi” intellektual yarışı təşkil olunub.
Əhali arasında ailə dəyərlərinin, ənənələrinin təbliğ edilməsi, ailələrin asudə vaxtının səmərəli təşkili, ailədaxili ünsiyyətin və birgə fəaliyyətin təşviq məqsədi ilə keçirilən tədbirlərdə ümumilikdə 20 ailə iştirak edib.
Tədbirlərin sonunda iştirakçı ailələrə sertifikatlar təqdim olunub, qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. Yekun nəticələrə əsasən, Qusar rayonunda Qurbanovlar, Şirvan şəhərində isə Alıyevlər ailəsi qalib olub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi