Cəlilabadda “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə start verilib

11 iyun 2024 16:53

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə cari ilin iyun ayından etibarən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə start verilib.
Layihə çərçivəsində uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi məqsədilə təşkil olunan təlimlər Cəlilabad rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zopun, Vənlik, Fətullaqışlaq, Oğrubulaq və Komanlı kəndlərində keçirilib.
Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən uşaqların maraqlarına toxunan məsələlərdə onların fəaliyyətinin gücləndirilməsi məqsədilə müxtəlif qrup işləri təşkil olunub, müzakirələr aparılıb.
Təlimlərin sonunda uşaqlara kitablar hədiyyə edilib.