Bu gün görkəmli şərqşünas alim, istedadlı pedaqoq, professor Aida İmanquliyevanın anım günüdür
Paylaş:
Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı olan A.İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir yol açıb. Onun əsərləri dönə-dönə oxunur, elmi irsi araşdırılır və təbliğ edilir.
Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətləri özündə birləşdirən Aida xanımın xatirəsini dərin hörmət və ehtiramla anırıq.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi