“Biz gələcəyik!” adlı yay düşərgəsi uğurla başa çatıb

20 avqust 2024 17:11

Paylaş:

Uşaqların VI Ümumrespublika Forumuna hazırlıq məqsədi ilə keçirilən “Biz gələcəyik!” adlı yay düşərgəsi uğurla başa çatıb.

şərgənin son dörd günü ərzində iştirakçılar “Zamanın idarə olunması”, “İnnovativ addımlarla yaşıl sabah”, “Özünü uğurlu gələcəyə hazırla”, “Təqdimat bacarıqları” mövzusunda təlimlərə cəlb olunub.

Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı, Mətləb Orucov, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov vəİctimai Birliyin üzvü Ramiq Cəbiyev, Amil Abdullazadə, Nurlan Cəbrayılzadə, eləcə də, Azərbaycan Uşaqlarının III, IV və V Ümumrespublika Forumlarının iştirakçısı Rüfət Məmmədov, XədicəƏsgərovanın təqdimatında keçirilən təlimlər zamanı uşaqlar vaxt anlayışı və onun ölçülməsi, ekoloji sağlamlıq, komanda ilə işləmə bacarığı, ictimai fəallıq, təqdimat zamanı auditoriyaya düzgün yanaşma meyarları ilə bağlı məlumatlar əldə edib.

İştirakçılarının asudə vaxtının səmərəli təşkili məqsədiləşərgədə master-klass, əyləncəli oyunlar, müxtəlif ekskursiyalar təşkil edilib.

Bununla yanaşı düşərgə iştirakçıları Quba rayonu I Nügədi kəndi Qaraçay qəsəbə sakinləri Axıska türkləri olan Səlimcan baba və Həlimə nənənin evini ziyarət edib, onlara təsərrüfat işlərində yardımçı olublar. Görüş zamanı uşaqlar Səlimcan baba və Həlimə nənənin ibrətamiz həyat hekayəsini dinləyib, məsləhətlərindən bəhrələniblər.

Daha sonra uşaqların düşərgədə “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan azərbaycanlı cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev ilə görüşü xüsusi yadda qalan məqamlardan olub.

şərgənin son günündə iştirakçılara sertifikatlar təqdim olunub.