Beynəlxalq konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

22 dekabr 2025 17:28

Paylaş:

23 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində iştirakçılar və ölkəmizdə səfərdə olan xarici qonaqlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Ziyarət zamanı Ulu öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsinə dərin ehtiram ifadə olunub, məzarı önünə gül dəstələri düzülüb.