Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib

16 aprel 2025 17:56

Paylaş:

Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib.

Tədbir çərçivəsində üzv ölkələrdə audiovizual medianın tənzimlənməsi sahəsində baş verən yeniliklərə həsr olunmuş ümumi sessiya, habelə “Uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə və onun effektiv icrası” və “Uşaqların müdafiəsidə media savadlılığının və valideyn nəzarətinin rolu” mövzularında panel sessiyalar baş tutub.

Paneldə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, süni intellektin uşaq hüquqlarına təsiri, media nümayəndələrinin fəaliyyətində insan hüquqları prizmasında həssaslıq, kiber təhlükəsizlik və rəqəmsal üsulların tətbiqi və digər müvafiq məsələləri qeyd edib.

Toplantıda Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələri, və media təmsilçiləri iştirak edib.