Bakı və regionlarda səyyar icma görüşləri davam etdirilir

8 aprel 2026 15:17

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə icma ilə əlaqələrin gücləndirilməsi məqsədilə 2026-cı ilin mart ayında kənd və qəsəbələrdə icma görüşləri təşkil edilib.

Əhali ilə görüşlər Bakı şəhəri Xəzər rayonunun Mərdəkan, Türkan, Ağdam rayonunun İmamqulubəyli, Goranboy rayonunun Yolpaq, Kəhrizli, Muzdurlar, Göygöl rayonunun Yeni Qızılca, Çaylı, Hacıqabul rayonunun Ağacanlı, İsmayıllı rayonunun Qubaxəlilli, Çərmədil, Qəbələ rayonunun Zərgərli, Nic, Saatlı rayonu Qıraqlı, Mollavaizli, Sabirabad rayonunun Şıxsalahlı, Osmanlı, Güdəcühür, Qaratuğay, Axtaçı Muğan, Qaragüney, Dadaşbəyli, Cavad, Zəngənə, Əlicanlı, Həsənli, Yolçubəyli, Türkədi, Narlıq, Zaqatala rayonunun Suvagil, Zərdab rayonunun Şahhüseynli, Bıçaqcı kənd və qəsəbələrini əhatə edib.

Səyyar şəkildə keçirilən icma görüşləri məişət zorakılığı hallarının aşkar edilməsi, erkən evlilik və qohum nikahları ilə bağı qanunvericilikdə edilmiş dəyişikliklər, təhsildən yayınma hallarının qarşının alınması, ailə həyatına psixoloji hazırlıq, tənha ahıllar, nənə və baba himayəsində yaşayan, valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları və digər aktual mövzuları əhatə edib.

Görüşlərin keçirilməsi həssas kateqoriyadan olan ailələrin, qadın və uşaqların aşkar edilməsi, onların hüquqlarının müdafiəsi və profilaktik tədbirlərin görülməsində, icmanın imkanlarının səfərbər edilməsində mühüm rol oynayır.

İcma sakinləri, kəndlərin icra, bələdiyyə və dini icmasının nümayəndələri, tibb məntəqlərinin işçiləri, təhsil müəssisələrinin tərbiyəçiləri, psixoloq və pedaqoqlarının iştirakı ilə keçirilən görüşlərdə ailə, qadın və uşaq hüquqları ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər diqqətə çatdırılır, icmanın ehtiyaclarına uyğun mövzular üzrə müzakirələr aparılır, həmçinin vətəndaşların müraciətləri qeydə alınaraq həlli istiqamətində tədbirlər görülür.   

Qeyd edək ki, 187 nəfərin iştirakı ilə 22 icma görüşü keçirilib.