Bakı şəhərində və regionlarda növbəti “Açıq qapı” günü keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 26 noyabr 2025-ci il tarixində növbəti səyyar “Açıq qapı” günü keçirilib.
Vətəndaşlarla görüş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Ağdam rayonunun Quzanlı, Goranboy rayonunun Səmədabad, Hacıqabul rayonunun Rəncbər, Qəbələ rayonunun Soltannuxa, Saatlı rayonunun Sarıcalar, Sabirabad rayonunun Həşimxanlı, Zaqatala rayonunun Car, Zərdab rayonunun Dəli Quşçu, Göygöl rayonunun Pənahlılar və İsmayıllı rayonunun Lahıc kənd və qəsəbələrini əhatə edib.
Psixoloq və sosial işçilərin iştirakı ilə keçirilən görüşdə Mərkəzlərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, müalicə, sosial müavinətlər, işlə təmin olunma, təhsil, aliment, yaşayış şəraitinin yaxşılaşdırılması kimi müraciətlər yer alıb.
“Açıq qapı” günündə ümumilikdə 85 nəfər vətəndaşın müraciəti dinlənilib və onların həlli istiqamətində müvafiq dəstək göstərilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi