Bakı şəhərində və regionlarda növbəti “Açıq qapı” günü keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 29 oktyabr 2025-ci il tarixlərində növbəti səyyar “Açıq qapı” günü keçirilib.
Vətəndaşlarla görüş Bakı şəhərinin Pirallahı rayonu, Ağdam rayonunun Bənövşələr, Goranboy rayonunun Səfikürd, Hacıqabul rayonunun Atbulaq, Qəbələ rayonunun Topbağ, Saatlı rayonunun Varxan, Sabirabad rayonunun Minbaşı, Zaqatala rayonunun Əliabad, Zərdab rayonunun Dəkkəoba, Göygöl rayonunun Yeni Zod və İsmayıllı rayonunun Kəlbənd kənd və qəsəbələrini əhatə edib.
Psixoloq və sosial işçilərin iştirakı ilə keçirilən görüşdə Mərkəzlərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, aliment, boşanma, müalicə, sosial müavinətlər, işlə təmin olunma, təhsil ,yaşayış şəraitinin yaxşılaşdırılması və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb.
Uşaqlarda inkişaf ləngiməsinin erkən aşkarlanması və profilaktikası məqsədi ilə mərkəzlərin mütəxəssisləri tərəfindən Denver II qiymətləndirmə testi tətbiq olunub.
“Açıq qapı” günündə ümumilikdə 87 nəfər vətəndaşın 94 mövzu üzrə müraciəti dinlənilib və problemlərinin həlli istiqamətində müvafiq dəstək göstərilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi